2019 -cu ildən faaliyyətə başlayan “Brass Group” MMC ağır sənaye, energetika sənayesi, inşaat sektoru və sənayenin digər sahələri üzrə fəaliyyət göstərən müəssisə və qurumlara müasir tələblərə cavab verən məhsulların təchizatı üçün xidmətlər təklif edir. Şirkətimiz dünyanın ən yaxşı istehsalçıları ilə əməkdaşlıq edərək müştərilərin istəklərini ən yüksək səviyyədə və ən qısa zamanda həll edilməsinə nail olmuşdur. İstehsalçılar ilə əlaqələrin birbaşa qurulması sayəsində şirkətimiz müştərilərə daha effektiv və rəqabətə uyğun təkliflər verə bilir. Son illərdə Azərbaycanda yaranmış əlverişli iqtisadi vəziyyəti nəzərə alaraq, “Brass Group” MMC daha çox məhsul çeşidinin təchizatını həyata keçirməyi qarşısına məqsəd qoymuş və müxtəlif ölkələrdə keçirilən tədbir və sərgilərdə fəal iştirak etmişdir.